“İşğalçı əsgərləriniz ölmək istəmirsə çıxsın bizim torpaqlarımızdan” - Qənirə Paşayevadan sərt cavab…

“İşğalçı əsgərləriniz ölmək istəmirsə çıxsın bizim torpaqlarımızdan”  - Qənirə Paşayevadan sərt cavab…

Millət vəkili Q.Paşayevadan Ermənistan heyətinə AŞPA-da sərt cavab: İşğalçı əsgərləriniz ölmək istəmirsə çıxsın bizim torpaqlarımızdan.

AŞPA-da Liberallar Qrupunun toplantısında ön cəbhədə baş verən hadisələr müzakirə olunub. Ermənistan nümayəndə heyətinin üzvü Zohrabyan çıxışında Azərbaycana qarşı böhtan və qərəzli çıxış edib. Azərbaycanın Liberallar Qrupundakı üzvü millət vəkili Q.Paşayeva çıxış edərək Ermənistan nümayəndə heyətində sərt cavablar verib və həqiqətləri faktlarla millət vəkillərinin diqqətinə çatdırıb: “Ermənistan nümayəndə heyətinin üzvü Zöhrabyan Liberal Qrup üzvlərinə tamalilə yanlış məlumatlar verdi. O hadisələr baş verən zaman harada idi bilmirəm amma mən hadisələrin baş verdiyi bölgələrdən gəlirəm. Zohrabyan deyir ki, hadisə Azərbaycanın ermənilərə hücum ilə başlayıb. Doğru deyil. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu hərbi mövqelərindən atəşkəsi pozaraq öncəbhə bölgələrində yaşayan mülkü azərbaycanlıları, onların evlərini hədəfə alıblar. Bir neçə mülkü vətəndaşımız həlak olub, yaralanıb və evləri dağıdılıb. Hamısının foto və videolarını görmək istəyən millət vəkillərinə göstərə bilərəm. Təbii ki, Azərbaycan ordusu da mülkü vətəndaşlarımızı qorumaq üçün Ermənistan hərbi qüvvələrinə cavab veriblər. Nə etməliydilər? Azərbaycan ordusu üzərinə düşən vəzifələri yerinə yetirib və heç kimsənin buna irad tutmaq haqqı ola bilməz. Hər bir ölkənin ordusu kimi Azərbaycan ordusunun da öz ölkəsinin sərhədlərini, torpaq bütünlüyünü, mülkü insanlarını qorumaq haqqı var və onlar bu haqdan idtifadə edib, mülkü insanları hucumlardan qoruyublar. İlk öncə bütün dostlarımızın bilməsi lazımdır ki, son hadisələr Azərbaycan-Ermənistan sərhəddində baş verməyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib. Zohrabyan cavab versin görək Ermənistan əsgər və hərbiçilərinin nə işi var Azərbaycan torpalarında? Həyatını itirən erməni əsgərləri isə Zohrabyanın söylədiyi kimi Qarabağ ermənilər deyil Ermənistan vətəndaşlarıdır. Zohrabyan aydınlıq gətirinsin görək nə edirdi Ermənistan vətəndaşları Azərbaycan torpaqlarında? Ermənistanda bəzi erməni anaları ölkəsinin rəhbərliyinə etiraz edərək "bizim uşaqlarımızın Qarabağda nə işi var?" deyir. Ermənistan prezidenti o anaların səslərini eşitməlidir. Doğurdan da nə işi var Ermənistan əsgərlərinin,vətəndaşlarının Qarabağda? Dəyərli millət vəkilləri həmkarlarım. Zohrabyandan soruşun ki, indi ölkəsinin prezidenti haradadır. Ermənistan prezidenti indi hərbi formada Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağdadır. Zöhrabyandan soruşmaq istəyirəm. Onun nə işi var o torpaqlarda? Ermənistan Azərbaycan torpaqlarını işğal edib və buradakı millət vəkillərinin ölkələri, bütün dünya, AŞPA-da daxil olmaqla bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsni tələb edən çoxlu sayda qətnamələri var beynəlxalq təşkiltların. Və bu gün Ermənistan nümayəndə heyəti burada Dağlıq Qarabağ ermənilərini qabağa verib ölkələrinin işğalçılığını, törətdikləri cinayətləri gizlətmək istəyirlər amma edə bilməzlər. Çünki artıq hər kəs gerçəklikləri bilir. Zohrabyan deyir Azərbaycan problemi sülh yolu ilə həll etmək istəmir. Yalandır. Azərbaycan 20 ildən artıqdır ki, problemin sülh yolu ilə həllinə çalışır. Biz hər zaman deyrik ki, biz sadəcə beynəlxalq təşkilatların AŞPA-nın, BMT Təhlükəsilik Şurasının və digər beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini istəyirik. Biz bu gün də tələb edirik ki, AŞPA-nın 1416 saylı qətnaməsi həyata keçsin. Əgər bu qətnaməni Ermənistan həyata keçirsə, işğal bitsə problem də həll olunacaq, gərginlik də bitəcək. Amma Ermənistan AŞPA qətnamələrini yerinə yetirməkdən imtina edir. İndi siz deyin kimdir problemin həllini istəməyən tərəf? Ermənistan. Zohrabyan söyləsin görək nədən Ermənistan AŞPA-nın 1416 saylı qətnaməsini yerinə yetirmir? Burada yanlış fikilər səsləndirməkdənsə ölkəsinin rəhbərindən AŞPA qətnamələrinin yerinə yetirilməsini tələb etsə daha yaxşı olar. İşğal edilmiş torpaqlar azad edilmədən gərginliklərin azalması da mümkünsüzdür. Dağlıq Qarabağ ermənilərinə gəlincə Azərbaycan hər zaman bildirib ki, azərbaycanlı köçkünlər də evlərinə dönsünlər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa muxtariyyət verməyə hazırdır. Amma Ermənistan deyir ki, yox Dağlıq Qarabağ ya müstəqil dövlət olacaq ya da Ermənistana birləşəcək. Bu cür mövqedir problemin həllinə imkan verməyən. Hansı ölkə təmsilçisi bizim yerimizə olsa buna razılaşar. Heç biriniz və təbii ki, biz də heç bir zaman torpaqlarımızın işğalı ilə barışmayacağıq və onun azad olunması üçün çalışacağıq. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və beynəlxalq hüquq normalarının da qeyd etdiyi kimi bu problem Azərbaycanın torpaq bütünlüyü içərisində həll olunmalıdır. Ədalətli yol sadəcə budur və bundan başqasını Azərbaycan ədalətli olaraq heç bir zaman qəbul etməyəcək. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Məsələnin tək həll yolu budur. Biz siz dəyərli həmkarlarımızı Ermənistanln işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən AŞPA qətnamələrinin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırırıq. Öz evlərinə dönə bilməyən yüzminlərlə məcburi köçkün sizən bunu gözləyir, sizi işğalçıya təzyiq göstərməyə çağırır".

Xəbər 637 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR