“İşğal olunmuş ərazilərdə xarici şirkətlərin fəaliyyəti nəzarətimizdədir” – Nazir

“İşğal olunmuş ərazilərdə xarici şirkətlərin fəaliyyəti nəzarətimizdədir” – Nazir

"Azərbaycanın işğal olunmuş ərazilərində bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti nəzarətimizdədir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, erməni işğalı altındakı Azərbaycan torpaqlarında bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti peyk vasitəsilə izlənilir, buna müvafiq olaraq hesabat hazırlanır və aidiyyəti üzrə xəbərdarlıq edilir: "Bizim müşahidələr göstərir ki, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti orada fəaliyyətini dayandırıb. Lakin bununla belə, bu məsələ bizim diqqətimizdədir”.


Aktual.az
Xəbər 255 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR