"İş yerlərinin açılması prosesinə start veriləcək" - nazir


“ARDNŞ və “Azəriqaz” istehsalat müəssisəsi ilə birlikdə geniş müşavirə keçirəcəyik və ölkənin ayrı-ayrı yerlərində iş yerlərinin açılması prosesinə start veriləcək. Digər dövlət qurumları ilə də belə görüşlər keçiriləcək, vakant iş yerləri doldurulacaq”.


Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, ilkin hesablamalara əsasən 6 ay müddətində ictimai işlərə cəlb olunma yolu ilə ayrı-ayrı regionlarda 200-300 iş yerinin açılması da nəzərdən keçirilir: “Dövlət başçısı tərəfindən bununla bağlı tapşırıqlar verilib”.

Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR