İrəvanda universitet binası boşaldıldı - Təhlükəli durum

İrəvanda universitet binası boşaldıldı - Təhlükəli durum
  • DÜNYA

İrəvandakı Ermənistan Dövlət İqtisad Universitetinin tələbə və müəllimləri qəribə qoxuya görə binadan təxliyə edilib.
Fövqəladə Hallar Nazirliyinə Dövlət İqtisad Universitetinin filialının tələbələrinin səhhətinin pis olduğu barədə məlumat daxil olub.
Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər, eləcə də Əhalinin Müdafiəsi və Fəlakət Riskinin Azaldılması İdarəsinin Radiasiya, kimyəvi və bioloji monitorinq şöbəsinin kimyaçılar qrupu yola düşüb.
Xilasedicilər gələnə qədər binadan 400-ə yaxın şagird və 35 müəllim təxliyə edilib./Teleqraf.com 


Xəbər 130 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR