İrəvana Qarabağla bağlı yeni mesaj gətirmişəm - Fransız nazir

İrəvana Qarabağla bağlı yeni mesaj gətirmişəm   - Fransız nazir

Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gücdən istifadə etməməyə və münaqişənin həlli üzrə danışıqlara qayıtmağa çağırır.

Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir bildirib.

Onun sözlərinə görə, son zamanlar təmas xəttində müşahidə edilən zorakılığın qarşısının alınması zəruridir:

“Biz gücdən istifadə etməmək, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etməsi prinsipləri əsasında sülhə nail olmaq üçün güclərimizi birləşdirməliyik. Məhz bu sülh, ədalət və barışıq üçün bu gün burdayam. Mən özümlə danışıqların yenilənməli olması ilə bağlı mesaj gətirmişəm”.

Nazir, həmçinin təmas xəttindəki insidentlərin araşdırılması mexanizmlərinin texniki vasitələrinin tətbiqinin zəruriliyini qeyd edib: “Rəsmi Paris istənilən hərbi münaqişənin qarşısının alınmasını, tərəflərin danışıqlar masası arxasında əyləşməsini və atəşkəsə əməl edilməsini istəyir”.

Xəbər 567 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR