İrəvan təsdiqlədi: Sarkisyan Əliyevlə görüşə gedir

İrəvan təsdiqlədi:   Sarkisyan Əliyevlə görüşə gedir

Ermənistan prezidenti may ayının 16-da Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki,  bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan öz “Twitter” səhifəsində yazıb.

“Ermənistan Hökuməti təsdiqləyir ki, prezident Sarkisyan ATƏT-in Minsk qrupunun həmsdərlərinin təşəbbüsü ilə baş tutacaq görüşdə iştirak etmək üçün mayın 16-da Vyanaya səfər edəcək”, - deyə Balayan bildirib.

Qeyd edək ki, Rusiya KİV-nin yaydığı məlumata görə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan gələn həftə Avstriyanın paytaxtı Vyanada görüşəcək.

Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov, Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerrinin də prezidentlərin görüşündə iştirak edəcəyi gözlənilir.

Xəbər 559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR