Ermənistan "Dağlıq Qarabağ xalqı”nın (fərqləndirmə bizimdir – red.) taleyini həll edə bilməz.
Aktual.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Bizim fikrimiz belədir: Ermənistan Respublikası "Dağlıq Qarabağ xalqı”nın taleyini həll edə bilməz. "Dağlıq Qarabağın nümayəndələri” özləri danışıqların, dialoqun tərəfi olmalıdırlar. Biz isə bu gündəmi təbliğ edirik", - Paşinyan bildirib.
Paşinyanın fikrincə, Qarabağdakı erməni icmasının hüquqları və təhlükəsizliyi ilə bağlı məsələlər "beynəlxalq mexanizm çərçivəsində Xankəndi və Bakı arasında dialoq” yolu ilə müzakirə edilməlidir:
"Dağlıq Qarabağın hakimiyyəti” və xalqı bu format çərçivəsində onları maraqlandıran bütün məsələləri qaldırmaq, eləcə də onların məzmununa görə siyasi məsuliyyət daşımaq imkanı əldə edəcək. Bu, düzgün yoldur”.
Xəbər 276 dəfə oxunub.