İraqda silsilə partlayışlar: Ölənlər və yaralananlar var

İraqda silsilə partlayışlar: Ölənlər və yaralananlar var
  • DÜNYA

 İraqın paytaxtı Bağdadda silsilə partlayışlar törədilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, partlayıcı qurğulardan biri Bağdadın şimalındakı Aden meydanında işə salınıb. Daha 3 partlayış isə şəhərin şərqində törədilib. Beşinci partlayış Bağdadın şimalında olub. Daha bir partlayıcı qurğu isə şəhərin cənubundakı mağazanın yanında işə salınıb.
Partlayışlar nəticəsində 8 nəfər həlak olub, daha 16 nəfər xəsarət alıb.
 
Aktual.az
Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR