İraqda barələrində ölüm hökmü çıxarılan Fransa vətəndaşlarının sayı 7-yə çatıb

İraqda barələrində ölüm hökmü çıxarılan Fransa vətəndaşlarının sayı 7-yə çatıb

İraqda barələrində ölüm hökmü çıxarılan Fransa vətəndaşlarının sayı 7-yə çatıb.

"Report” "Newsru.co”ya istinadən xəbər verir ki, Yasin Sakkam adlı bu şəxs terrorçu İŞİD qruplaşmasının üzvü olduğunu etiraf edib.
"Etraf edirəm ki, İŞİD-ə sadiq qalacağıma and içmişəm. Aylıq əməkhaqqım 70 dollar təşkil edirdi. İŞİD-ə qoşulmağımdan təəssüflənirəm və bağışlanmağımı xahiş edirəm”, – deyə o, son sözündə bildirib.
Qeyd edək ki, 29 yaşlı Sakkam 2014-cü ildə İŞİD-ə qoşulub. O, sosial şəbəkələrdə döyüş təcrübəsini paylaşır, xarici KİV-ə müsahibələr verirmiş. Onun qardaşı da terrorçu imiş və 2015-ci ildə terror törədərək intihar edib.
Xatırladaq ki, mayın 27-də İraq məhkəməsi Fransanın 4 vətəndaşı barəsində edam hökmü çıxarıb. Mayın 28-də isə İraqda məhkəmə terrorçu İŞİD qruplaşmasına üzvlükdə ittiham olunan Fransanın daha iki vətəndaşı barəsində edam hökmü çıxarıb.
Bir sıra hüquq müdafiə təşkilatları İraqın məhkəmə sistemini edam hökmlərinə görə tənqdi edib. Fransanın Xarici İşlər Nazirliyi isə mayın 28-də edam hökmünün ləğvi ilə bağlı İraqla danışıqlar apardığını açıqlayıb.
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR