İraq Prezidenti: “Azərbaycanla turizm, iqtisadi və mədəni əlaqələri gücləndirməyə çalışırıq”

İraq Prezidenti: “Azərbaycanla turizm, iqtisadi və mədəni əlaqələri gücləndirməyə çalışırıq”

 İraq Azərbaycanla xüsusilə turizm, iqtisadi və mədəni sahələrdə əlaqələri gücləndirməyə çalışır.
Aktual.az İraq mətbuatına istinadən xəbər verir ki, bunu İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid deyib.
Əbdüllətif Camal Rəşid Azərbaycan və Avropa şirkətlərinin və iş adamlarının İraq bazarına sərmayə qoyacağına ümid etdiyini bildirib. O, İraq hökumətinin bununla bağlı imkanların yaradılmasında və lazımi qanunvericiliyin qəbulunda maraqlı olduğunu vurğulayıb.
Rəşid ölkəsinin bütün dövlətlərlə balanslaşdırılmış əlaqələr qurmağa sadiq olduğunu qeyd edərək, xarici şirkətləri və iş adamlarını İraq bazarına sərmayə qoymağa çağırıb.
Prezident deyib ki, ölkəsinin əsas prioritetləri təhlükəsizlik və sabitliyin qorunması, xalqa xidmətlər göstərilməsi, infrastrukturun qorunması, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması üçün iqtisadi və sərmayə səviyyələrinin yüksəldilməsidir.
Qeyd edək ki, Əbdüllətif Camal Rəşid noyabrın 19-da Azərbaycana Respublikasına rəsmi səfərə gəlib.

Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR