İranlı general təhdidlə DANIŞDI: "Biz Ermənistan və Azərbaycana..."

İranlı general təhdidlə DANIŞDI:

İran regionda sərhədlərin dəyişməsinə və qeyri-sabitliyə imkan verməyəcək.

Aktual.az xəbər verir ki, bunu İran Ordusunun Baş Qərargah rəisi, general Məhəmməd Baqiri deyib.
 
"İranın silahlı qüvvələri mehriban qonşuluq prinsiplərinə və beynəlxalq normalara hörmət edərək bəyan edir ki, onlar heç bir qeyri-sabitliyə və sərhədlərdə dəyişikliklərə yol verməyəcəklər. Biz Ermənistan və Azərbaycana problemlərini sülh yolu ilə həll etməyi məsləhət görürük", - Baqeri bildirib.

General qeyd edib ki, İran regionun inkişafında maraqlıdır.
"Tehran münaqişələr və müharibələr törətmir, lakin onlar başlayanda da susmur. İranın hərbi gücü yalnız müdafiə üçün nəzərdə tutulub”, - deyə o vurğulayıb.


Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR