İranın təhsil naziri vəzifəsindən istefa verib

İranın təhsil naziri vəzifəsindən istefa verib

İranın təhsil naziri vəzifəsindən istefa verib.

Aktual.az Trend-
ə istinadən bildirir ki, bunu İranın Nazirlər Kabinetindəki məlumatlı mənbə deyib.
Rəsminin sözlərinə görə, təhsil naziri Məhəmməd Bəthayi ötən gün Nazirlər Kabinetinin iclasından sonra istefa məktubunu İran prezidenti Həsən Ruhaniyə təqdim edib.
Məlumatlı rəsmi qeyd edib ki, nazir şəxsi səbəblərə görə istefa verib və prezidentin onun istefasını qəbul edib-etməyəcəyi bəlli deyil.
Qeyd edək ki, fevralda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa versə də, H.Ruhani onun istefasını qəbul etməyib.


Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR