“İranın riyakarlığı videofaktlarla sübut olunur” Elşən Musayev

“İranın riyakarlığı videofaktlarla sübut olunur” – Elşən Musayev

"Azərbaycanın İrandakı səfirliyində törədilən terrorla bağlı yeni görüntülər yayılıb. Həmin görüntülər bir daha təsdiq edir ki, terrorun sifarişçisi İran dövlətinin özüdür və ona görə də İran polisi hadisəyə müdaxilə etməməklə bağlı öncədən qəti tapşırıq alıb".
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"İranın riyakarlığı videofaktlarla sübut olunur. Bu qatil dövlətin arzusu səfirlikdə qərarlaşan hər kəsi qətlə yetirmək olub. Sadəcə səfirlik əməkdaşlarımızın cəsurluğu nəticəsində terrorçu da, onu himayə edən terrorbaşılar da istəklərinə çata bilməyib.

Təbii ki, İran adında molla rejimi bu cinayətin məsuliyyətindən qaça bilməyəcək və törətdiyi əmələ görə mütləq cavab verməli olacaq!",-deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 2730 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR