"Bunlar həqiqətən həyatın dibi imişlər" - Deputatdan radikal müxalifətə sərt sözlər!


"Fuad Qəhrəmanlının son proseslərlə və ümumiyyətlə, rus sülhməramlıları ilə bağlı söylədiyi fikirlər cəfəngiyyatdan savayı bir şey deyil".
 
Aktual.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.

Onun sözlərinə görə, bu adam birbaşa quldurbaşı Əli Kərimlinin tezislərindən qidalanır, onun tapşırıqlarını icra edir:
 
"Əli Kərimlinin isə hansı dairələrə, qüvvələrə işlədiyi məlumdur. Bunların içi yanır, məhz içi. Bu yaramaz radikallar Azərbaycan dövlətinin, mövcud hakimiyyətin qələbəsini heç cür həzm edə bilmirlər. Çünki Kərimli də, Qəhrəmanlı da, bəzi ölkələrin xüsusi xidmət orqanlarının əlində "marianetka” olan Sevinc Osmanqızı da, Altay Göyüşov da, Seymur Həzi də, Tofiq Yaqublu da Azərbaycanın düşmənləridir, erməni təəssübkeşləridir. Bu namərdlər hələ də fərqində deyillər ki, dövlətimiz son 200 ildə ən böyük uğurunu əldə edib, suverenliyimiz bərpa olunub, bütün dünya bizim qələbəmizdən danışır. Fuad Qəhrəmanlı bir şeyi unutmasın: onun kimi anti-milli ünsürlərin sözü ilə heç nə dəyişəsi deyil. Getsin, bundan sonra da öz şeytan qibləsinə - Əli Kərimlinin yürütdüyü əbləh siyasətə qulluq eləsin. Zatən tarix və zaman artıq bu cür siyasi şarlatanları zibilliyə gömüb. Bunlar həqiqətən bədbəxt və vicdansız insanlardır. Bunlar gerçəkdən həyatın dibi imişlər. Bunların içində yarım qram milli hiss olsaydı belə danışmazdılar, danışdıqca batmazdılar, bu qədər alçaq mövqe sərgiləməzdilər".
Xəbər 4164 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR