İranın rabitə naziri Bakıya gəlir

İranın rabitə naziri Bakıya gəlir

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycana ikigünlük səfər edəcək.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən deyiblər.

Səfər çərçivəsində M.Vaezi Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimində iştirak edəcək.

Mərasimdən sonra Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və M.Vaezinin iştirakı ilə Azərbaycan-İran nümayəndə heyətlərinin görüşü keçiriləcək, əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.

M.Vaezi, həmçinin Bakıya səfər edəcək. Bakıda bir sıra sənədlərin imzalanması gözlənilir.

Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR