İranın Məşhəd şəhərində terrorçu qrup zərərsizləşdirilib

İranın Məşhəd şəhərində terrorçu qrup zərərsizləşdirilib

İranın kəşfiyyat orqanları Məşhəd şəhərində 21 nəfərdən ibarət terrorçu qrupu zərərsizləşdirib.

Aktual.az "AZƏRTAC”a istinadən xəbər verir ki, bu barədə məlumat verən Məşhəd şəhərinin prokuroru Həsən Heydəri jurnalistlərə bildirib ki, uzun müddət müşahidə altında olan bu şəxslər tez-tez Əfqanıstan və Pakistan sərhədlərini qanunsuz yollarla keçərək radikal terror qruplaşmaları ilə əlaqə saxlayırdılar.

Əfqanıstan və İran vətəndaşlarından ibarət olan terror qruplaşması İranın Xorasan vilayətində terror aktları həyata keçirməyi planlaşdırırdı.

İlkin dindirmədən sonra məlum olub ki, bu adamlar əvvəllər İranda törədilən terror aktlarında iştirak ediblər və İŞİD terrorçuları ilə əlaqədə olublar.

Prokuror istintaqın davam etdiyini və ictimaiyyətə əlavə məlumat veriləcəyini də deyib.
 
Aktual.az
Xəbər 181 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR