İrandan Azərbaycana psixotrop maddə keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana psixotrop maddə keçirilməsinin qarşısı alındı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, şəxsi yoxlamadan əvvəl vətəndaş üzərində dərman preparatlarının olduğunu bildirib və gömrük əməkdaşlarına təqdim edib. Baxış zamanı üzərində "Alprazolam 1" yazısı olan hər birində 10 ədəd həb olmaqla 17 konvalyut dərman preparatı aşkarlanıb.
Xatırladaq ki, alprazolam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III siyahısına daxildir

Faktla bağlı araşdırma aparılır.


Xəbər 184 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR