İranda edamlar gizli icra olunur

İranda edamlar gizli icra olunur

İranda edamlar demək olar ki, hər gün ciddi məxfilik şəraitində həyata keçirilir.
Aktual.az xəbər verir ki, bu barədə "Quardian” hüquq-müdafiə təşkilatlarına və məhbus ailələrinə yaxın mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, bəzi hallarda məhkumların ailələrinə edam barədə yalnız hökm icra edildikdən sonra xəbər verilir, bəzən isə onlara meyitləri təhvil almağa icazə verilmir.
"Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının hesabatına əsasən, mart ayından bu yana İranda azı 24 nəfər edam edilib. Onlardan altısı iki gün ərzində edam olunub”, - məlumatda qeyd olunub.
Hüquq müdafiəçiləri yanvar ayında baş vermiş hökumət əleyhinə aksiyalarla bağlı saxlanılan və ABŞ-a və İsrailə casusluqda ittiham olunan yüzlərlə məhbusun taleyindən narahat olduqlarını bildiriblər.
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR