İranda 50 min məhkum əfv ediləcək

İranda 50 min məhkum əfv ediləcək
  • DÜNYA

Əfv olunacaq məhkumların siyahısı hazırdır.


İran İslam İnqilabının 40-cı ildönümü ilə əlaqədar elan ediləcək amnistiya aktına əsasən 50 min məhkum əfv ediləcək.

Bu sözləri İranın məhkəmə hakimiyyətinin rəhbəri Sadeq Amoli Laricani keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, azadlığa buraxılanlarla yanaşı, bir sıra məhkumların da cəzaları yüngülləşdiriləcək.

Konfransda iştirak edən Tehran şəhərinin prokuroru Abbas Cəfər Dövlətəbadi isə diqqətə çatdırıb ki, əfv olunacaq məhkumların siyahısı hazırdır və məhkəmə hakimiyyətinə təqdim olunub.

İran qanunlarına görə əfv və amnistiya aktı elan etmək səlahiyyəti yalnız İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyiyə məxsusdur. Qanuna əsasən, siyahı Ali Rəhbərə təqdim olunacaq, Ali Rəhbər isə sənədlə tanış olduqdan sonra onu təsdiq edəcək və icrası üçün sərəncam imzalayacaq.(AZƏRTAC)

Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR