İran və Ermənistan əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər

İran və Ermənistan əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər

İran və Ermənistan sənaye sahəsində əməkdaşlığı inkişaf etdirmək istiqamətində danışıqlar aparır.

Aktual.az  APA-ya istinadən bildirir ki, İranın  sənət, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə ölkəsinə səfər edən Ermənistanın enerji və təbii sərvətlər naziri Levon Yulya ilə görüşüb. M.Nemətzadə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafı istimqaətində görülən işlərin qənaətbəxş olduğunu deyib. O, müşətərək sərmayə yatırımının və iki ölkə arasında ticarət dövriyyəsinin həcminin genişləndirilməsinin vacibliyini qeyd edib: "Biz Ermənistanla əlaqələrin inkişafında maraqlıyıq".
 
L.Yulyan isə deyib ki, Ermənistan İranın iş adamlarının və istehsalçılarının məhsullarını dünya bazarlarına ixrac etməsi üçün hər cür şərait yarada bilər: " İranla quru sərhədi olan Ermənistan buna hazırdır. İranlı tacirlər  heç bir gömrük xərci ödəmədən öz məhsullarını digər ölkələrə ixrac edə bilərlər. İnanıram ki, iki ölkə təbii qaynaqlar sahəsində də əməkdaşlığını inkişaf etdirə bilər. Ermənistanda da İran kimi zəngin yeraltı mədənlər var və hazırda Çin, Kanada və Rusiya şirkətləri bu sahədə fəaliyyət göstərir".

Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR