İran və Azərbaycan razılığa gəldilər

İran və Azərbaycan razılığa gəldilər

İran və Azərbaycan Beynəlxalq Bankı Rəşt-Astara dəmir yolu sahəsinin tikintisi üçün 500 milyon dollar həcmində kreditin ayrılması üzrə razılığa gəliblər.

Aktual.az  bildirir ki, bunu Trend-ə İranın yol və şəhər tikintisi nazirinin müavini Əli Nurzad deyib.

Onun sözlərinə görə, hazırda tərəflər kreditin əlavə şərtlərini müzakirə edirlər.

Rəşt-Astara dəmir yolu sahəsinin tikintisinin dəyəri təqribən 1,1 milyard dollar təşkil edir. İran bunun yarısını Azərbaycan Beynəlxalq Bankının krediti hesabına cəlb edir.

Nazir müavini İranın qalan vəsaiti hansı mənbədən əldə etməyi planlaşdırdığını dəqiqləşdirməyib.

Aktual.az

Xəbər 762 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR