İran qırıcı təyyarələrin kütləvi buraxılışına başlayıb

İran qırıcı təyyarələrin kütləvi buraxılışına başlayıb
  • DÜNYA

İran "Kowsar” adlı qırıcı təyyarələrin kütləvi buraxılışına başlayıb.

"Report” "TASS”a istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Əmir Hatəmi bildirib.
"Yaxın zamanda biz bu təyyərədən lazım olan qədər istehsal edib, Hərbi Hava Qüvvələrinə xidmətə verəcəyik”, - deyə nazir vurğulayıb.
Bildirilib ki, "Kowsar” ilk dəfə cari il avqustun 21-də nümayiş etdirilib. O, reaktiv hərbi təyyarələin 4-cü nəslinə aid edilir. Bu, İranın öz istehsalı olan ilk təyyarə sayılır. 
 
Aktual.az
Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR