İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başladı

İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başladı
  • DÜNYA

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bazar günü sentyabrın 25-də müstəqilliyə dair referendumun keçiriləcəyi İraqın Kürdüstan Muxtariyyəti ilə sərhəddə geniş hərbi təlimlərə başlayıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, təlimlərin "Məhərrəm” kod adlı əsas hissəsi İranın İraqla sərhəddə yerləşən Qərbi Azərbaycan əyalətindəki Oşnevie şəhəri ərazisində başlayıb.
"Təlimlər zamanı pilotsuz uçan apparat, raket, artilleriya, hərbi hava qüvvələri və zirehli tank bölmələrindən istifadə etməklə əməliyyatların uyğunlaşdırılması uğurla həyata keçirilib”, — deyə İİKK-nin quru qoşunları komandanı briqada generalı Məhəmməd Pakpur bildirib.
 
Aktual.az 
Xəbər 181 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR