İran Qarabağla bağlı mövqeyini açıqladı

İran Qarabağla bağlı mövqeyini açıqladı

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə olunmalıdır və danışıqlar yolu ilə sülhə nail olmaq lazımdır.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu İranın ermənistandakı səfiri Seyid Kazım Sacadi jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Səfirin sözlərinə görə, İran həmişə Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların qarşısını almağa cəhd edib.

Qarabağ münaqişəsi zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsi barədə sualı cavablandıran səfir qeyd edib ki, İran həmişə tərəfləri dözümlülük nümayiş etdirib: “Bu məsələ hər iki ölkədə yüksək rütbəli şəxslərin qərarından asılıdır”.

Xəbər 769 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR