İran nüvə silahı hazırlayır

İran nüvə silahı hazırlayır
  • DÜNYA

ABŞ-ın beyin mərkəzlərindən olan "Stratfor" təşkilatı İranın nüvə fəaliyyətini davam etdirdiyini iddia edib.

Aktual.az axar.az-a istinadən bildirir ki, təşkilatın nəşr etdiyi fotoşəkillərdə Tehranın daha öncə nüvə obyekti seçdiyi ərazidə tikinti işlərinin davam etdiyi əks olunub.

İddialara görə, ərazidə hazırlanan bir tunel yeraltı təsisatlara çatır və Birləşmiş Millətlər Təşkilatı (BMT) nümayəndələrinin bu hissələrə girişinə icazə verilmir:

"İranın yeraltı təsisatlarda silah istehsalı işləri davam edir. Ölkədə olan gizli obyektlər Tehran rəhbərliyinin uzun vədəli layihələrini çox dəqiq şəkildə göstərməkdədir".

Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR