“İran dövləti öz polisinin prototipidir!” – Deputatdan sillə kimi sözlər…

“İran dövləti öz polisinin prototipidir!” – Deputatdan sillə kimi sözlər…

Elşən Musayev, millət vəkili

Səfirliyimizdəki terrorla bağlı yayımlanan 2-ci videoda İran polisinin qaçışını yəqin çoxları sezib. Özü də qəribə yerişlə, panik durumda, şübhələri tam anlamıyla öz üzərinə götürəcək formada qaçır. Qorumaq amacı ilə görəvləndirilən(?) adam ən "axırıncı” qurumsaq kimi qaçır. Onlarla günahsız insanı ölümə tərk edib, şərəfsizcəsinə qaçır...

Adına İran deyilən molla rejimi bax o polisin prototipidir. Üzündən, simasından xəbər yoxdur. Ancaq arxadan görünür. Hərgah, bəlkə də gördüyümüz elə üzdür, sadəcə fərqinə varmırıq. Varammırıq.

İllərdir içimizə sızmağa çalışan, qorxu içində yaşayan, bir müqavilədən 100 illik müddət keçsə də rahatlığını tapa bilməyən, Azərbaycan kökənli soydaşlarımızı özünün ən böyük düşməni kimi görən bu yaramaz rejimin İslama da, insanlığa da, hətta öz farsına da vurduğu zərbəni bundan 100 əsr sonra belə kimsə vurmayacaq. Çünki o, dəyərləri ilə deyil, istehsal etdiyi narkotik markaları ilə, qapalı sistemdə insan hüquq və azadlıqlarını məhv etməklə, oğrun siyasət yürütməklə, şantajla, az qala dünyanın hər yerinə dürtüşdürdüyü özüsifət casusları ilə gündəmə gəlib. Daim!

77777777777.jpg (202 KB)

Biz ona heç zaman heç nə etmədik. Amma o, hər zaman düşündü ki, nəsə edə bilərik. Həmişə tikan üstündə oturdu. Xof, şübhə öldürdü İranı.

Biz heç bir zaman badalaq atmadıq. Biz heç bir zaman güllə atmadıq. Biz hətta 20 il öncə hava səmamız İran caniləri tərəfindən pozulduğunda belə "lənət şeytana” (red: elə məhz həqiqi anlamda - şeytana!) deyərək və bölgədəki sabitliyi düşünərək kəskin addım atmadıq...

1666422527.jpg (138 KB)

Biz zamanında bütün dirənişlərə rəğmən Qərb üçün, İranla son dərəcə gərgin münasibətlər yaşayan digər dövlət üçün poliqon olmadıq. Biz İranı heç bir zaman güdaza vermədik. Biz əsla namərdlik etmədik. Amma əvəzində nə oldu?! – İşğal edilmiş torpaqlarımızda erməni tərəfindən viran qoyulmuş evlərin armaturundan tutmuş, çiy kərpicinə qədər, hər şey İran bazarında satıldı. Doğma Qarabağımızın yolayrıcları 30 il ərzində heroin dəhlizinə, tunelinə döndərildi. Siyasət, media qalsın bir yana, ölkəmizdə hətta zərgər sektoruna, "moyka”lara qədər çökməyə, böyük bir casus şəbəkəsi yaratmağa cəhd etdilər. Üçrəngli bayrağımızı periferiyalarda qara bayraqla əvəzləməyə çalışdılar, "xums bazarı” açdılar və ən axırda da səfirliyimizi tam heyətlə qətl etmək üçün killer ayarladılar!

Screenshot_4.png (452 KB)

Bədxah İran! Eşit və yekə qulaqlarından sırğa elə: Əgər Vasif adlı igidimiz illərdir xüsusi xidmət orqanlarının planladığı böyük bir qətliam planını yavan, silahsız əlləri ilə pozdusa, indi gör həmin Vasifin təmsil etdiyi dövlət hansı gücdədir və sənin öz aləmində "ağıllı-ağıllı” çizmiş olduğun planların öhdəsindən necə gələr...

Və nəhayət: Ən üst söz sahiblərin, səfirliyimizi qorumağa borclu olan riyakar polisin, beynəlxalq hüquq və Konvensiyaların varlığından məlumatsız molla hökümətin və camaatın Marsa yön aldığı vaxt hələ də "daş-qalaq” məntiqi ilə hökm verən hüquq-mühafizə orqanların bir şeyi gec olmadan anlasınlar və nəzərlərində saxlasınlar: dünyada təqvim ili 2023-dür, sizin yatıb qaldığınız 1402 deyil!


Xəbər 2073 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR