İran bunu etməsə, NATO əməliyyata başlayacaq

İran bunu etməsə, NATO əməliyyata başlayacaq

İran iyulun əvvəlinə qədər Hörmüz boğazındakı blokadanı aradan qaldırmasa, kommersiya gəmilərinin keçidini təmin etmək üçün xüsusi missiyanın başladılması ehtimalı NATO-da müzakirə olunur.
Aktual.az xəbər verir ki, bu barədə "Blumberq” agentliyi Alyansdakı mənbələrə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, ideya artıq NATO-ya üzv bir neçə ölkə tərəfindən dəstəklənir, lakin hələlik ümumi razılıq yoxdur. Yekun qərarın 7–8 iyul tarixlərində Ankarada keçiriləcək alyans sammitində veriləcəyi gözlənilir.
NATO-nun Avropadakı birgə qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç belə bir ssenarinin nəzərdən keçirildiyini təsdiqləyib:
"Əvvəlcə siyasi qərar qəbul edilməlidir, sonra isə rəsmi planlaşdırma aparılmalıdır. Mən bu barədə düşünürəmmi? Əlbəttə”.
Eyni zamanda NATO-da etiraf edirlər ki, təhlükəsiz gəmiçiliyə zəmanət vermək çətin olacaq. Hətta ABŞ-ın regionda gəmilərin keçidini təmin etmək üçün əvvəlki cəhdi də qısamüddətli olmuşdu.
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR