İran ABŞ-ın 290 casusunu ələ keçirdi - RƏSMİ

İran ABŞ-ın 290 casusunu ələ keçirdi - RƏSMİ

İranın təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri əməliyyat nəticəsində İranda və regionun digər ölkələrində 290 casus aşkar olunub.

Aktual.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri İranın təhlükəsizlik naziri Mahmud Ələvi deyib. O bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi üçün casusluq fəaliyyəti göstərənlər həbs edilib. Digər dövlətlərin təhlükəsizlik orqanları ilə informasiya mübadiləsi sahəsində əməkdaşlıq əlaqələrimiz var. Bu əlaqələrə əsasən həmin dövlətlərə də məlumat verilərək ərazilərində ABŞ-ın casus şəbəkəsinin olması bildirilib. M.Ələvi dövlətlərin adını sadalamasa da qeyd edib ki, ABŞ-ın casus şəbəkəsi region ölkələrində də geniş fəaliyyət göstərir.
Nazir qeyd edib ki, hazırda həbs olunanlar dindirilir. Yaxın gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.
Xəbər 124 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR