İran 44 gəmi istehsal edəcək

İran 44 gəmi istehsal edəcək
  • DÜNYA

İranın Yol və Şəhərsalma və Müdafiə Nazirlikləri arasında axtarış və xilasetmə, nəzarət və yoxlama, qoşqu və suyun dibinin təmizlənməsi üzrə 44 gəminin istehsalı haqda müqavilə imzalanıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, müqaviləni İranın yol və şəhərsalma naziri Məhəmməd İslami və İranın müdafiə naziri general-mayor Əmir Hatəmi imzalayıb.
Müqaviləyə əsasən ilk mərhələdə 2 ədəd axtarış və xilasetmə, 2 ədəd yoxlama və nəzarət gəmisi Limanlar və Dənizçilik Təşkilatı üçün düzəldiləcək.
Bu dörd gəminin dəyəri 9,5 milyon avrodur. Ümumilikdə bütün gəmilər 3 il ərzində düzəldiləcək və xərci 140 milyon avrodan çoxdur.
Xəbər 428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR