İqtisad Universitetinin professoru vəfat etdi

İqtisad Universitetinin professoru vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru vəfat edib.


Aktual.az Report-a istinadən xəbər verir ki, fizika-riyaziyyat elmlər doktoru, professor Nazim Musayev dünyasını dəyişib.

N.Musayev Azərbaycan Dövlət İqtisad Universitetinin Riyaziyyat kafedrasının professor-məsləhətçisi işləyirdi.

Qeyd edək ki, Nazim Musayev 1991-2009-cu illərdə universitetin "Riyaziyyat" kafedrasına rəhbərlik edib. O, 2011-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Xəbər 885 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR