iPhone və iPad üçün sürətli Azərbaycan dili klaviaturası (AZ Keyboard)

iPhone və iPad üçün sürətli Azərbaycan dili klaviaturası       (AZ Keyboard)

İOS 8 əməliyyat sistemi özü ilə birlikdə 3-cü tərəf klaviaturaların əlavə edilməsi xüsusiyyətini gətirdi. Bununla da Azərbaycan dili üçün klaviatura düzümü hazırlamaq imkanı yarandı. Əvvəllər əcnəbi, sonradan isə yerli proqramçılar tərəfindən Azərbaycan dilini dəstəkləyən klaviaturalar hazırlandı.


Yerli proqramçı tərəfindən hazırlanmış Azərbaycan dilini dəstəkləyən daha bir klaviaturanı – ”AZ Keyboard” klaviaturasını sizə təqdim edirik. Bu klaviaturanı digərlərindən fərqləndirən əsas məqamlar sürətli olması, düymə səsləri və “w” hərfinin olmasıdır. Qeyd edək ki, bu klaviatura “Apple” şirkətinin yeni proqramlaşdırma dili olan “swift” dilində yazılıb. Klaviaturanın iOS 8 dəstəkləyən bütün modellərə uyğunluğu üzərində iş gedir. Proqram pulsuzdur.


Xüsusiyyətləri:


Sürət

AZ Keyboard-un açılması çox sürətlidir.

Apple klaviaturasına uyğunluq

Düymələrin üstündəki hərflər Apple klaviaturasındakı kimi böyük hərflərdir.

Əlavə simvollar

Bu klaviatura düzümünə Azərbaycan əlifbasındakı hərflərdən başqa “W”, “№” və Azərbaycan manatı simvolları da daxil edilib.

Düymə səsi

Düymələri basanda klik səsi çıxır (bunun üçün quraşdıranda Full Access verilməlidir)

AZ Keyboard 2.0 versiyasındakı digər yeniliklər:

1) Apple klaviaturasında olduğu kimi düymə basıldıqda böyüdülmüş forması peyda olur.

2) Vergül və nöqtə düymələrini basıb saxlayanda variantlar çıxır.

3) Boşluq düyməsini iki dəfə tez basanda “. ” yazır.

4) Yeni cümləni avtomatik böyük hərflə başlayır.

Klaviaturanı App Store-dan bu linkdən pulsuz yükləyə bilərsiniz: itunes.apple.com

Xəbər 1927 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR