İpəkçiliyin inkişafına dövlət dəstəyi veriləcək - Sərəncam

İpəkçiliyin inkişafına dövlət dəstəyi veriləcək   - Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında Sərəncam İmzalayıb.

Aktual.az  xəbər verir ki, Sərəncamda deyilir:

1. Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR