"İnterpol" xətti ilə beynəlxalq axtarışda olmuş şəxsə hökm oxunub


 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Pirişovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesində hökm oxunub.
O, məhkəmənin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib
İttiham aktına əsasən, E.Pirişov tanışı Emin Quliyevin 63 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Məhkəmə orqanı tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən zaman E.Pirişov ölkədən qaçıb. Daha sonra onun barəsində "İnterpol" vasitəsilə beynəlxalq axtarış elan edilib və Türkiyədə həbs edilərək Azərbaycana gətirilib.
E.Pirişov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
E.Pirişov istintaqa verdiyi ifadəsində deyib ki, maşın alveri ilə məşğul olub və dostlarına xaricdən maşın gətirməyi təklif edib.
E.Pirişov 10 illik dostu E.Quliyevə cüt rəqəmlə bitən nömrə də alacağı vədini verib.
 
Aktual.az
Xəbər 239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR