İnternetin kəsilməsi halları davam edir

İnternetin kəsilməsi halları davam edir

Bu gün səhər Azərbaycanda yenidən internetsizlik problemi yaşanıb.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri, nazirin müşaviri Müşviq Əmirov bildirib ki, bununla bağlı araşdırma aparılır. Nəticələr isə yəqin ki, həftənin bazar ertəsi günü məlum olacaq və bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, bundan əvvəl də bir neçə gün ardıcıl internetlə bağlı problem müşahidə edilib. Nazirlik və provayderlər bunu "Delta Telekom"da baş vermiş yanğınla əlaqələndiriblər. Şirkət yanğının nəticələrinin və yaranmış problemin tezliklə aradan qaldırılacağını vəd etsə də, hələ də internetin kəsilməsi halları baş verir.

Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR