“İnter”-in prezidenti istefa verdi

“İnter”-in prezidenti istefa verdi
  • İDMAN

Bakı "İnter”inin rəhbərliyində kadr dəyişikliyi baş verib. Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, belə ki, "bankirlər"in prezidenti Rəşad Qasımov vəzifəsindən ayrılıb. Məlumatda Qasımovun öz xahişi ilə postundan azad edildiyi bildirilib.

Rəhbərliyin qərarına əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub.

Qeyd edək ki, Rəşad Qasımov 2015-ci il dekabrın 23-də bolqarıstanlı Georgi Nikolovu əvəzləmişdi.
 
Aktual.az
Xəbər 510 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR