"İnter Arena" stadionunun adı dəyişdirildi


"Keşlə" klubunun ev oyunlarını keçirdiyi "İnter Arena"nın adı dəyişdirilib. 

Aktual.az  report-a istinadən bildirir ki ,bu barədə klubun Mətbuat xidmətindən verilən məlumata görə, stadiona "ASK Arena" ("Azərbaycan Sənaye Korporasiyası") adı verilib.  








Qeyd edək ki, bu stadionun adı ikinci dəfə dəyişdirilib. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Stadiona daha sonra "İnter" (hazırkı "Keşlə") klubunun adına uyğun olaraq "İnter Arena" adı verilib.
Xəbər 84 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR