İnsanla varlıq aləminin rabitəsi necə bir rabitədir?

İnsanla varlıq aləminin rabitəsi necə bir rabitədir?

İnsanın varlıq aləmi ilə rabitəsi barəsində çox sayda nəzərlər vardır. Onlardan biri çox bədbin bir nəzəriyyədir və deyir ki, insanın bu dünyaya gəlişi bir səhvin nəticəsidir. İnsan yolunu azdığı üçün bu dünyaya gəlib çıxıbdır. Ona görə də insanın bu dünyaya aid olmadığı və bu dünyaya yad olduğunu bəyan edirlər. Bu dünyanı zindan adlandırırlar.

Aktual.az  deyerler.org-a istinadən bildirir ki, ancaq müqəddəs İslam dininin nəzərinə görə nə dünya yersiz yerə xəlq olmuşdur, nə də insan. Nə insan yolunu azıb bura gəlmişdir və nə də zindandadır. Əslində insanla varlıq aləminin rabitəsini əkinçi ilə əkin yerinə bənzətmək olar. (Erfan)
Dinimiz deyir ki, hər bir insan yaşadığı bu varlıq aləmini bacardığı qədər öyrənməli və tədqiq etməlidir. Onun qanunlarını ciddi qəbul etməlidir. Belə olan zaman insanın dünyaya qarşı məsuliyyətləri meydana gəlir və həyatı puç və yersiz yerə olmur.
İnsanın bu dünya ilə rabitəsi hissi və təcrübi rabitə deyildir, ağıl üzərində qurulan rabitədir. O kəslər ki, ancaq hiss və təcrübə ilə bu dünyanın həqiqətini insanlara çatdırmaq istəyirlər - inkardan, özünü və bu varlıq aləmini görməməzliyə vurmaqdan savayı bir səmərə əldə edə bilməyəcəklər.
İnsanın bu aləmlə rabitəsi Allahın iradəsi sayəsindədir. Belə bir rabitənin yaranması imanın keyfiyyətindən, etiqaddan asılıdır. Əgər insan varlıq aləmi ilə ağıl və din üzərindən rabitə qurarsa, düzgün rabitə qurmuş olacaq və səmərəsini də görəcəkdir. Əks halda mənfi nəticələr əldə edib bədbəxt olacaqdır.
 

Aktual.az 

Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR