İngiltərədə başla oynamaq qadağan ediləcək

İngiltərədə başla oynamaq qadağan ediləcək
  • İDMAN

İngiltərə Professional Futbolçular Birliyi topla başla zərbə endirməyə qadağa qoyub.

Aktual.az  goal.az-a istinadən xəbər verir ki, söhbət 10 yaşından aşağı uşaqların başla oynamasından gedir. Aparılan araşdırma nəticəsində erkən yaşlarda bunun yaddaş itirilməsinə yol açdığı məlum olub. ABŞ-da 12 yaşdan aşağı uşaqların məşq və oyunlarında başla topa zərbə endirilməsini 2016-cı il yanvarın 1-dən qadağan edib.

Stirlinq Universitetinin araşdırma nəticələrinə görə sürətlə gələn hava ötürmələrinə 20 dəfə toxunmaq sonrakı 24 saatda yaddaşı 41-67% azaldır. İngilis mətbuatı bəzi futbolçuların karyerasını başa vurduqdan sonra beyin funksiylarının pozulmasını da bu səbəblə əlaqələndirib.
 

Aktual.az 

Xəbər 592 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR