İngilislər Trampın əleyhinə çıxdı — Ölkəmizə gəlmə

İngilislər Trampın əleyhinə çıxdı — Ölkəmizə gəlmə
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp İngiltərəyə rəsmi səfərə hazırlaşır

Ölkə.Az xəbər verir ki, ingilislər Amerika prezidentinin bu səfərinin əleyhinə çıxıblar. Şənbə günü bu səfərə qarşı başlayan kampaniyaya 1 milyon vətəndaş qoşulub. Məsələ məclisdə müzakirəyə çıxarılıb.

Donaldın 7 ölkənin müsəlmanlarına qarşı qəbul etdiyi qərarnamə bütün dünyada sərt reaksiyalara səbəb olub. İngiltərə vətəndaşları Trampın bu il Londona planlaşdırılan səfərinin əleyhinə çıxıblar.

İngiltərədə bir ərizənin parlament gündəmində müzakirə edilməsi üçün 100 min imza kifayət edir. Tramp əleyhinə kampaniyaya isə artıq 1 milyon imza toplanıb. Baş nazirlikdən verilən açıqlamada isə Trampın dəvəti qəbul etdiyini və səfərin təxirə salınmayacağı bildirilib.
 
Aktual.az
Xəbər 584 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR