Çin kosmosa iki peyk göndərdi

Çin kosmosa iki peyk göndərdi
  • DÜNYA

Avqustun 31-də Çin "Kuayçjou-1A” raketdaşıyıcısı ilə kosmosa iki peyk göndərib.Bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

Məlumata görə raketdaşıyıcı ölkənin şimal-qərbində yerləşən Qansu əyalətinin Tszyuan kosmodromundan orbitə buraxılıb. Kosmik aparatlardan biri mikroqravitasya eksperimental peyki, digəri isə "Syaosan-1-07” elmi-tədqiqat aparatıdır.
Bu, "Kuayçjou-1A” raketdaşıyıcısının kosmosa üçüncü buraxılışıdır.
AzərTAc xatırladır ki, ÇXR meteoroloji, telekommunikasiya, naviqasiya peyklərini orbitə göndərməklə öz kosmik proqramını inkişaf etdirir. Bununla yanaşı, çinli alimlər 2020-2025-ci illərdə asteroidlərin və Marsın tədqiqi üzrə geniş proqramı da həyata keçirəcəklər.


Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR