İmtahanlarda iştirak edəcək şəxslərin nəzərinə!

İmtahanlarda iştirak edəcək şəxslərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi aprelin 15-də keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib.

DİM-dən Aktual.az-a verilən məlumata görə, imtahan iştirakçıları "imtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 15-də :
- ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;
- əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar;

- üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) üçün imtahanlar keçiriləcək.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=9 linkindən, üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) və eksternat qaydasında imtahan verən məzunlar isə https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.
Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR