imeyl, yutub,feysbuk : Düzgün yazılış qaydası açıqlandı – SİYAHI

imeyl, yutub,feysbuk : Düzgün yazılış qaydası açıqlandı   – SİYAHI

Yazılış qaydaları müəyyənləşdirilib.

Sosial şəbəkə və axtarış sistemlərinin adının Azərbaycan dilində düzgün yazılış qaydaları müəyyənləşdirilib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.

S. Sadıqova sosial şəbəkə və axtarış sistemlərinin adlarının düzgün yazılış qaydalarını da açıqlayıb.

Aktual.az sözlərin siyahısını təqdim edir.

Dırnaq içərisində verilənlər sözlərin orijinal, dırnaqsız verilənlər isə Azərbaycan dilində yazılış qaydasıdır.

"skype" - skayp

"site" - sayt

"provider" - provayder

"facebook" - feysbuk

"twitter" - tvitter

"instagram" - instaqram

"e-mail"- imeyl

"youtube" - yutub

"messenger" - mesencer

"whatsapp" - votsap

"line" - layn

"viber" - vayber

"google" - quql

"yandex" - yandeks

"wi-fi" - vayfay

Xəbər 2023 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR