İlk Olimpiya çempionu dünyasını dəyişdi

İlk Olimpiya çempionu dünyasını dəyişdi
  • İDMAN

Olimpiya çempionu olan ilk SSRİ idmançısı kimi tarixə düşən Nina Ponomaryova vəfat edib.

Aktual.az  apasport.az-a istinadən bildirir ki, 87 yaşlı udman veteranının ölməsi barədə xəbəri Ümumrusiya Yüngül Atletika Federasiyasının prezidenti Dmitri Şlyaxtin açıqlayıb.

O bildirib ki, Ponomaryovanın dəfni avqustun 22-də baş tutacaq: "Bu mərasimin təşkili ilə MOİK klubu məşğul olur. Federasiya isə lazım olan hər dəstəyi göstərəcək".

Qeyd edək ki, 1929-cu il aprelin 27-də Sverdlovsk vilayətində anadan olan Ponomaryova əvvəl atletikanın qaçış növləri ilə məşğul olsa da, sonradan disk atmaya keçib. O, Helsinki 1952-də SSRİ üçün Olimpiadalarda ilk qızıl medalı qazanıb. Melburn-1956-da bürünc medalla kifayətlənən atlet Roma-1960-da ikinci dəfə çempionluq sevinci yaşayıb. 8 qat SSRİ çempionu 1966-cı ildə karyerasını bitirərək, məşqçilik fəaliyyətinə başlayıb.

Xəbər 609 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR