İlin ən güclü qapıçıları müəyyənləşdi

İlin ən güclü qapıçıları müəyyənləşdi
  • İDMAN

2017-ci ilin ən güclü qapıçılarının adları müəyyənləşib.

Aktual.az apasport.az-a istinadən xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibləri Canluici Buffon və Sarah Buhaddi olub.
Qurumun internet saytında aparılan, jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda kişi qapıçılar arasında 251 xal toplayan Buffon rəqiblərini böyük fərqlə qabaqlayıb. Manuel Noyer ikinci yeri tutubsa, ilk "3-lüy"ü Keylor Navas qapayıb.
Qadın qapıçılardan isə Sarah Buhaddi 190 xala layiq görülüb. "Lion"un qolkiperi hollandiyalı Sari van Veenendaalı üstələyib.
Sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü Vüqar Xeyrullayev də ilk pillənin qaliblərini doğru proqnozlaşdırıb. Əməkdaşımızın kişi qapıçılar arasında 2-ci göstərdiyi Keylor Navas 3-cü, 3-cü pilləyə layiq bildiyi Tibo Kurtua isə 6-cı yerdə qərarlaşıb.
Xeyrullayev qadın qapıçılarda isə ilk iki pillənin sahiblərini tapıb. Onun 3-cü kimi qeyd etdiyiAlmut Şult isə 6-cı olub.

Kişilər:
1. Canluici Buffon ("Yuventus" / İtaliya) - 251 xal
2. Manuel Noyer ("Bavariya" / Almaniya) - 103
3. Keylor Navas ("Real" / Kosta-Rika) - 85
4. Yan Oblak ("Atletiko" / Sloveniya) - 74
5. David De Xea ("Mançester Yunayted" / İspaniya) - 70
6. Tibo Kurtua ("Çelsi" / Belçika) - 51
7. Mark Andre Ter Ştegen ("Barselona" / Almaniya) - 21
8. Uqo Loris ("Tottenhem" / Fransa) - 9
9. Allison ("Roma" / Braziliya) - 8
10. Canluici Donnarumma ("Milan" / İtaliya) - 6
10. Samir Handanoviç ("İnter" / İtaliya) - 6
12. Klaudio Bravo ("Mançester Siti" / Çili) - 4
12. Ederson ("Benfika"/"Mançester Siti" / Braziliya) - 4
14. Andre Onana ("Ayaks" / Kamerun) - 1
14. Daniel Subaşiç ("Monako" / Xorvatiya) - 1
Qadınlar:
1. Sarah Buhaddi ("Lion" / Fransa) - 190 xal
2. Sari van Veenendaal ("Arsenal" / Hollandiya) - 112
3. Katarzina Kedrjinek (PSJ / Polşa) - 42
4. Manuela Zinsberger ("Bavariya" / Avstriya) - 40
5. Karen Bardsli ("Mançester Siti" / İngiltərə) - 36
Qeyd edək ki, Canluici Buffon bununla 5-ci dəfə (2003, 2004, 2006, 2007) ilin qapıçısı seçilib. Bununla o, rekordçu İker Kasilyasa çatıb.
 
Aktual.az
Xəbər 701 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR