"İlhamə Quliyeva mənə bahalı qızıl verdi" - Əməkdar artist


Əməkdar artist Nüşabə Ələsgərli mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı etiraf edib.

Aktual.az xəbər verir ki, bu barədə Ələsgərli "Elgizlə izlə" proqramında danışıb. O, bahalı ad günü hədiyyəsini İlhamə Quliyevadan xəstəxanada adığını bildirib:

"Gecə vaxtı idi, İlhamə Quliyevanın ad gününə brilyant üzük aparmışdım. Sonra mənim ad günüm oldu, o isə xəstəxanada idi. Baş çəkməyə getmişdik. Uzanmışdı, mənə dedi ki, o çəkməcəni aç. Açanda gördüm ki, çox bahalı qızıl var. Dedi ki, onu götür, sənin ad gününə gələ bilmədim, bu hədiyyəni o vaxtdan alıb, sənin üçün saxlamışam".
Xəbər 785 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR