İlham Əliyevlə Sarkisyan görüşə bilər - Gələn həftə

İlham Əliyevlə Sarkisyan görüşə bilər   - Gələn həftə

ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan prezidentlərinə görüşməyə çağırır.

Aktual.az Anspress-ə istinadən xəbər verir ki, bu barədə ATƏT-in bəyanatında bildirilir. Görüşün növbəti həftə Vyanada keçirilməsi təklif edilir.

Görüş təklifi ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) tərəfindən edilib.

"Cəbhə xəttində bu yaxınlarda baş verən zorakılığı və münaqişə bölgəsində gərginliyin təcili azalmasının ehtiyacı nəzərə alaraq biz hesab edirik ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün vaxtı çatıb. Bizim xarici işlər nazirlərimiz Vyanada bu görüşü təşkil etməyə hazırdır".

Serj Sarkisyanın və İlham Əliyevin Vyanada keçirilməsi təklif edilən görüşü aprelin əvvəlində cəbhə xəttində baş verən gərginliklərdən sonrakı dövrə təsadüf edir. Bu görüş 2016-cı ildə prezidentlərin ilk görüşü ola bilər.

Cəbhədə baş verən döyüşlərdən sonra ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andrie Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində çalışdıqlarını demişdi.

Prezidentlərin son görüşü ötən ilin sonunda baş tutub. İham Əliyev və Serj Sarkisyanın son görüşü dekabrın 19-da İsveçrənin Bern şəhərində olub.

Görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. Yekununa dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlaranının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərinini davam etdirəcəklərini də bildiriblər.


İlham Əliyev və Serj Sarkisyan həmsədrlərlə və xarici işlər nazirləri ilə birlikdə (Bern görüşü)

Prezidentlər dekabr ayında cəbhə xəttində gərginliyin artmasını müzakirə ediblər və ağır texnikanın işlədilməsi ilə qurbanların, xüsusilə də mülki şəxslər arasında qurbanların olması barədə narahatlıq bildiriblər.

Mart ayının sonunda ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşə biləcəyi deyilsə də, bu baş tutmadı.

Xəbər 500 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR