"İlham Əliyevin ABŞ-a səfəri önəmli dönüş nöqtəsidir"


Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda ABŞ-a səfəri çox uğurlu olub.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta "Amerikanın səsi"nə müsahibəsində deyib.

Onun sözlərinə görə, həm dövlət katibi Con Kerri, həm də vitse-prezident Co Bayden Azərbaycanın son dövrlərdə atdığı addımları bəyəndiklərini, təqdir etdiklərini bildiriblər.

Səfir aparılmış danışıqları iki dövlətin qarşılıqlı münasibətlərində dönüş nöqtəsi kimi səciyyələndirib: "Bu, önəmli bir dönüş nöqtəsidir, önəmli bir mərhələdir ki, burada tərəflər bu vaxta qədər atılmış addımları təhlil edir, nəzərdən keçirir, gələcəkdə birgə ata biləcəkləri addımları müzakirə edirlər".

Neftin qiymətlərinin ucuzlaşmasına toxunan səfir diqqətə çatdırıb ki, ABŞ-ın bu məsələ ilə bağlı böyük təcrübəsi var və təcrübə mübadiləsinə hazırdır.

R.Sekuta müsahibəsində bildirib ki, Azərbaycan terrorçuluqla mübarizədə vacib addımlar atır və bu istiqamətdə böyük səylər göstərir.

Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR