İlham Əliyevdən Rusiyanın baş nazirinə - Təbrik

İlham Əliyevdən Rusiyanın baş nazirinə   - Təbrik

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın baş naziri, Dövlət Dumasına seçkidə qalib gələn “Yedinaya Rossiya” Partiyasının sədri Dmitri Medvedevə təbrik məktubu göndərib. 

Aktual.az  xəbər verir ki, məktubda deyilir.

Hörmətli Dmitri Anatolyeviç,

"Sizin başçılıq etdiyiniz “Yedinaya Rossiya” Partiyasının Rusiya Federasiyası Dövlət Dumasına seçkilərdə inamlı qələbəsi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu qələbə Sizin partiyaya və onun dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin qorunub saxlanması, demokratik dəyərlərin bərqərar olması və ölkə əhalisinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətə Rusiya xalqının yüksək etimadına dəlalət edir.

Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da xalqlarımızın firavanlığı naminə Azərbaycan ilə Rusiya arasında mehriban, ənənəvi dostluq münasibətlərinin genişlənməsinə, əməkdaşlığın və qarşılıqlı fəaliyyətin dərinləşməsinə kömək edəcək.
Hörmətli Dmitri Anatolyeviç, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Rusiya naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram". 

Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR