Prezident İlham Əliyev üç ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Cibuti Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli Kamilin etimadnaməsini qəbul edib.
Daha sonra Prezident İlham Əliyev oktyabrın 26-da Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Allama Siddikinin və Cənubi Afrika Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefanenin etimadnaməsini qəbul edib.
Xəbər 438 dəfə oxunub.