İlham Əliyev Ukraynaya səfər edəcək

İlham Əliyev Ukraynaya səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev yaxın vaxtlarda Ukraynaya səfər edəcək.

APA-nın məlumatın görə, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev "Ukrinform”a müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, 2016-cı ildə Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanda rəsmi səfərdə olub: "Səfər zamanı çox vacib razılaşmalar əldə olundu ki, hazırda biz onların icrası ilə məşğul oluruq. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya cavab səfəri edəcək. Bu səfər əlaqələrimizin inkişafı və möhkəmlənməsinə daha böyük impuls verəcək”.
Səfir bildirib ki, prioritet istiqamətlər artıq müəyyənləşib və səfər zamanı ikitərəfli əlaqələrə dair sənədlər paketi imzalanacaq.
A. Xudiyevin sözlərinə görə, hazırda sənədlər üzərində iş gedir.


Aktual.az
Xəbər 601 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR